Universitet rəhbərliyi “Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfransda iştirak edib
“British Council” təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən “Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova iştirak edib.
Konfransda “Məzunların bacarıqları və məlumatların toplanması: Azərbaycanın ali təhsil müəssisələrində perspektivlər” mövzusunda keçirilən plenar iclası Ü.Səttarova aparıb.
Beynəlxalq xarakter daşıyan tədbir Birləşmiş Krallıq və Azərbaycan arasında gələcək əməkdaşlığı inkişaf etdirmək və ölkəmizin iqtisadi inkişafına uzunmüddətli töhfə vermək üçün gözəl imkanlar yaradıb. Tədbir yeni təhsil proqramının gələcək nəsil məzunlarının mənafeyi naminə Azərbaycandakı mövcud ali təhsil mühitində əlverişli mövqe qazanmasına kömək edəcək.
Qeyd etmək lazımdır ki, konfransda Təhsil naziri Ceyhun Bayramov, Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarp, “British Council”ın Azərbaycanda ölkə üzrə direktoru Samr Şah və digər nümayəndələr iştirak edib.