Beynəlxalq Tələbə Həftəsi başa çatdı


       Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əcnəbi tələbələr üçün hazırlanan “Beynəlxalq Tələbə Həftəsi” artıq yekunlaşıb. Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin təşkilatçılığı ilə həftə ərzində dinləyici-tələbələr müxtəlif görüşlərdə olublar, universitetlə, fakültə və laboratoriyalar, təlim mərkəzləri, Sərgi salonu, Heydər Əliyev muzeyi ilə tanış olublar. 
       Sonuncu gündə isə əcnəbilər Bakı şəhərini gəziblər, Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Mərkəzin əməkdaşları tələbələrə məlumat verərək bildiriblər ki, dünya memarlığının incisi sayılan mərkəz müasir Bakının rəmzinə çevrilib və Heydər Əliyevin xatirəsinə inşa olunub. Tələbələrə ulu öndər Heydər Əliyevin həyatı, ömür yolu ilə bağlı ətraflı məlumatlar verilib, Heydər Əliyevə məxsus nadir eksponatlarlar nümayiş olunub.   

04-11-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]