Tələbələrimiz BP-nin təqaüd proqramının qalibi olublar
Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) İnşaat fakültəsinin ikinci kurs tələbələri Murad Hüseynzadə, Xəqani Məmmədov, Amil Məmmədli, Hüseyn Hüseynli, Şahin Yaqubov və Samirə Atakişiyeva BP şirkətinin yeni layihəsi olan “Bursary Programme” müsabiqəsinin qalibi seçilib.
BP “Bursary Programme” müsabiqəsi Azərbaycanın 5 dövlət təhsil müəssisələrindən seçilən və ali məktəbə qəbul olarkən yüksək bal toplayan ikinci kurs tələbələri üçün təklif olunan ingilis dili kurslarıdır. Təqaüd proqramı seçilmiş tələbələrin texniki ingilis dili biliklərini 8-12 ay ərzində inkişaf etdirmək üçün nəzərdə tutulub.
Seçilmiş tələblərlə BP-nin Xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli görüşb və onlara uğurlar diləyib.