BP Açıq Qapılar Həftəsi elan edir
Tələbələrin nəzərinə!
BP-ni Kəşf et Həftəsi 25 noyabr tarixində başlayan həftə ərzində BP-nin ofisində keçiriləcək. Tədbirdə mexanika mühəndisliyi, inşaat mühəndisliyi, elektrik mühəndisliyi, neft-qaz mühəndisliyi, geoloji kəşfiyyat və tətbiqi riyaziyyat ixtisasları üzrə Azərbaycan universitetlərində təhsil alan, 2022-ci ildə məzun olacaq tələbələr iştirak edə bilərlər.
Hər gün BP-dəki müxtəlif ixtisas sahələrinə həsr olunacaq. Bu bir günlük tədbir sizə neft-qaz sənayesindəki imkanlar barədə daha ətraflı məlumat əldə etməyə və gələcəkdə BP şirkətində mühəndis kimi karyeranızı necə inkişaf etdirə biləcəyinizi daha aydın təsəvvür etməyə kömək edəcək. BP-nin təcrübə proqramları və məzunlar üçün yaratdığı imkanlar haqqında daha çox şey öyrənmək, iş stajı çox olan işçilərdən onların vəzifələri və hazırkı məzunlarla yaratdıqları şəbəkə haqqında eşitmək imkanınız olacaq.
Bəzi ixtisaslar üzrə qurudakı sahələrimizə səfər etmək və orada nəzəri biliklərinizin sənayemizə necə tətbiq oluna biləcəyini görmək fürsətiniz olacaq. Aşağıda tədbirin qrafiki və uyğunluq meyarları təqdim olunur.
Son tarix: 5 noyabr Müraciət etmək üçün:
Ərizə forması:
https://www.bp.com/az_az/caspian/career/bp_discovery_week.html