AzMİU-da Leicester Universitetinin eksperti tərəfindən müəllimlər üçün ixtisasyönümlü akademik ingilis dili kurslarına start verilib

     Azərbaycan Memarlıq və İnşaat Universitetində(AzMİU) ölkənin nüfuzlu universitetlərinin müəllimləri üçün akademik ingilis dili kurslarına start verilib. Kurslarda Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Turizm və Menecment Universitetinin müəllimləri iştirak edir. 
     Beş gün davam edəcək intensiv kurslar Leicester Universitetinin eksperti Dagmara Grabas tərəfindən aparılır.
     Müəllimlər üçün nəzərdə tutulan kursların əsas məqsədi isə ingilis dilinin akademik səviyyədə və ixtisas yönümlü tədris olunması, ingilis dili müəllimlərinin metodoloji qabiliyyətlərinin inkişaf etdirilməsi, bu sahədə Böyük Britaniya təcrübəsindən istifadə olunması və yeni metodların tədrisdə tətbiqindən ibarətdir.
      Xatırladaq ki, AzMİU və Lester Universiteti uzun müddətdir əməkdaşlıq edir və birlikdə bir sıra uğurlu layihələrə imza atıblar.
              

28-10-2019