Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbələri ilə görüş


     Oktyabrın 28-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva Əcnəbi vətəndaşların hazırlığı fakültəsinə bu il qəbul olan əcnəbi vətəndaşlarla görüşüb.
     Görüşdə  Əcnəbi vətəndaşların  hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə, Əcnəbi tələbələrin təhsili üzrə dekan Polad Sadıkov, fakültənin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Salatın Əhmədli, müəllimlər və əməkdaşlar iştirak ediblər. 
     Prorektor  əcnəbi tələbələri salamlayıb, onlara təhsil aldıqları universitet haqqında geniş informasiya verib. Görüşün məqsədinin onları təhsil müddətində riayət etməli olduqları nizam-intizam qaydaları, vəzifələri barədə məlumatlandırmaqdan ibarət olduğunu bildirib. Universitet həyatı, fakültə, ixtisaslar,AzMİU-nun beynəlxalq əlaqələri, yer aldığı beynəlxalq reytinq bazaları, dünyanın aparıcı universitetləri ilə ikili diplom proqramlarından danışıb.
    Əcnəbi vətəndaşların  hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə hazırlıq fakültəsinin vətəndaşlarına dərslərə, davamiyyətə məsuliyyətlə yanaşmağı, dekanlıqla sıx əməkdaşlıq münasibəti qurmağı məsləhət görüb.  Dekan əcnəbi vətəndaşların universitetlə daha yaxından tanış olmaları məqsədi ilə  “Yaddaş kitabçası” nın hazırlandığını, yaxın günlərdə onlara veriləcəyini söyləyib.
    Sonda əcnəbi tələbələri maraqlandıran suallar cavablandırılıb. 
 


 

28-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]