AzMİU-da gənc memarın sərgisi açılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) Sərgi salonunda Memarlıq fakültəsinin istedadlı tələbəsi Dəniz Baxışzadənin əsərlərindən ibarət fərdi yaradıcılıq sərgi açılıb.
Sərgidə universitetin Memarlıq fakültəsinin dekanı, Əməkdar memar Zahidə Məmmədova, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edənlər gənc rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
“Rəngli palitram” adlı sərgi sənətsevərlər tərəfindən maraqla qarşılanıb. İstedadlı memarın “Xocalı soyqırımı”, “Cəbrayıl Xan çinar”, “Əlibəyovların evi”, “Azneft meydanı 60-ci illərdə” və digər tabloları qonaqlarda xoş təəssürat yaradıb. Nümayiş olunan əsərlər sırasında mənzərə, natürmort, kompazisiya, portret janrı yer alıb.
Onu da bildirək ki, sərgi noyabrın 12-dək davam edəcək.