“Təmiz şəhər” ASC-nin AzMİU-da bu semestr üzrə ilk seminarı


    Oktyabrın 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji Planlaşdırma şöbəsinin təşkilatçılığı ilə “Təmiz Şəhər” ASC-nin tələbələr üçün bu semestr üzrə ilk seminarı keçirilib. 
    Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev  tərəfindən aparılan seminar “Abşeron göllərinin bərpası layihəsi” mövzusuna həsr olunub.  Seminarda AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Ekologiya ixtisasında təhsil alan III kurs tələbələri iştirak edib.
    Qurum təmsilçisi  “Təmiz Şəhər” ASC-nin Abşeron rayonun göllərinin əvvəlki və indiki vəziyyətindən danışıb. Tələbələrə göl ətrafında çəkilən magistral yol, salınan park və istirahət mərkəzlərinin şəkilləri göstərilib, görüləcək digər işlər barəsində məlumat verilib, videoçarx nümayiş olunub. Seminarın gedişində tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
 

24-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]