“AzerGold” QSC-nin əməkdaşları AzMİU-nun tələbələri üçün master-klass keçiriblər

      “AzerGold” QSC ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında 2019-cu ildə əməkdaşlığa dair imzalanmış fəaliyyət planına əsasən sözügedən şirkətin nümayəndələri bu gün İnşaat və İnşaat texnologiya fakültələrinin IV kurs tələbələri üçün müvafiq proqramlar üzrə master-klass keçiriblər. 
      Strateji Planlaşdırma şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən master-klassda AzMİU-nun Strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova, Təmir-tikinti və energetika şöbəsinin baş mühəndisi Zəka Talıbov, İnsan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi Valid Əliyev, Layihə smeta və planlama mühəndisi İsmayıl Hüseynzadə və adıçəkilən fakültələrin tələbələri iştirak ediblər. 
      Yekunda mövzu ilə bağlı videorolik nümayiş olunub, tələbələrin istehsalatla bağlı çoxsaylı sualları cavalandırılıb.  
      Məlumat üçün qeyd edək ki, AzMİU ilə  “AzerGold” (QSC) şirkəti bir neçə ildir ki,  əməkdaşlıq edir. Qurulan uğurlu əməkdaşlıq çərçivəsində  şirkət dağ-mədən sahəsində ixtisaslaşmış kardların hazırlanması, universitet tələbələri üçün təlimlərin, seminarların və təcrübə proqramlarının keçirilməsini öz üzərinə götürüb.

23-10-2019