Memarlıq fakültəsinin tələbələri “YARAT” Mərkəzinin muzeyində ekskursiyada olublar

      Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin I kurs tələbələri “YARAT” Müasir İncəsənət Mərkəzinin XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin xüsusi olaraq hazırladığı ekskursiyada iştirak ediblər. 
      Strateji Planlaşdırma şöbəsinin təşkilatçılığı ilə keçirilən ekskursiyada tələbələrimiz “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgidə bir-birindən maraqlı əsərlərlə, eksponatlarla tanış olub, muzey bələdçisinə onları maraqlandıran sualları ünvanlayıblar. 
     Qeyd edək ki, ümumilikdə ekskursiyalar qısa mühazirə və bir çox yaradıcı tapşırıqlardan ibarətdir.  “YARAT” Müasir İncəsənət Mərkəzi ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün həftəlik belə maraqlı ekskursiyalar  təşkil edir. 
 

23-10-2019