AzMİU-nun nümayəndələri İsveç Kral Texnologiya İnstitutunda təlimlərə qatılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasının müdiri Aygün Məmmədova və Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva 14-18 oktyabr tarixlərində İsveçdə ezamiyətdə olublar.
Erasmus+ proqramı çərçivəsində Stokholmda Kral Texnologiya İnstitutunda (KTH Royal İnstitute of Tecnology) baş tutan təlimlərdə Çin, Yaponiya və Avropanın bir çox ölkələrindən qatılan ekspertlərin iştirakı ilə keyfiyyət təminatı mövzusunda müzakirələr aparılıb.
Onu da bildirək ki, təlimin sonunda iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunacaq.
23-10-2019