AzMİU-da əmək haqqının artımı üzrə növbəti addım: yüksək göstəriciləri olan gənc müəllimlərin maaşı artacaq


     2015-ci ildən etibarən hər il universitetdə tətbiq edilən Daxili qiymətləndirmə layihəsi üzrə müsabiqə elan olunub. Müsabiqədə iştirak etmək istəyən müəllimlər müvafiq formanı elektron variantda  oktyabr  ayının  15-dən noyabr  ayının  15-dək təhvil verməlidirlər. 
Eyni zamanda onlar müsabiqə üçün tələb olunan sənədləri toplayıb universitetin Strateji planlaşdırma şöbəsinə təqdim etməlidirlər. Müsabiqədə tələb olunan bütün kriteriyalara uyğun ən yüksək nəticə göstərən müəllimlərin maaşına  1 il boyunca  əlavələr olunacaq. 
    Məlumat üçün qeyd edək ki, qiymətləndirmə sistemində təhsilverənin il boyu pedaqoji, elmi-metodik işlərinin keyfiyyəti, beynəlxalq təhsil sisteminə inteqrasiyası, təhsildə müasir texnologiyaların tətbiqi və tələbələrin rəyi öz əksini tapır. Müəllimin kateqoriyası öz tərəfindən doldurulmuş attestasiya vərəqəsinin konkret göstəricilərinə uyğun müəyyənləşdirilir.
 

22-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]