Bütün tam ştatda işləyən müəllimlərin nəzərinə!
Növbəti təqvim ili üçün ənənəvi olaraq Universitetimizdə “Daxili qiymətləndirmə” sistemi vasitəsi ilə tam ştatda olan müəllimlərin maaşına əlavə məbləğ veriləcək.
Qiymətləndirmə sistemində 3 blok əsas götürülür: tədris səviyyəsi, elmi potensial və metodik fəaliyyət.
Müəllimlər formanı doldurub [email protected] ünvanına göndərməlidirlər.
Sübutedici sənədləri isə toplayıb Strateji planlaşdırma şöbəsinə təqdim etməlidirlər. Sənədlər formada göstərilən bütün kriteriyalara uyğun olmalıdır.
Formanı yükləmək üçün universitet saytında:
Universitet Strateji planlaşdırma şöbəsi Daxili qiymətləndirmə bölümünə daxil olmalıdırlar.
Ən yüksək nəticə göstərən müəllimlər 1 il boyunca öz maaşlarına əlavə maddi məbləğ əldə edəcəklər.
Əlavə suallarınız üçün Strateji planlaşdırma şöbəsi, əsas korpus 312-ci otağa və yaxud 6-09 nömrəsinə zəng edərək müraciət edə bilərsiniz.
Formalar elektron variantda oktyabr ayının 15-dən noyabr ayının 15-dək təhvil verilməlidir. Bu tarixdən sonra sənədlərə cari tədris ilində baxılmayacaq.
https://docs.google.com/document/d/1V1WPvl6b_7UlKIcRpvix6Pday7Bd7TYc/edit