Memarlıq fakültəsində Revit kursları açılıb


    Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlıq fakültəsinin tələbələri üçün Revit kompüter kursları açılıb. Kənardan dəvət olunan müəllimlər tələbələrimizə memarlıq layihələrinin modellənməsində, planların və görünüşlərin çizilməsində olduqca sürətli və dəqiq nəticələr verən proqramı öyrədəcəklər.  
    Məlumat üçün qeyd edək ki, Revit kursları memar və tikinti mühəndisləri üçün Autodesk tərəfindən yaradılan güclü memarlıq, 3D dizayn və datalı proqramdır. Eyni zamanda Revit Architecture, memarlıq dizaynın bütün hissələrini dəstəkləyən parametrik proqram hesab olunur.
 

22-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]