Tələbələrimiz "Qarabağ Azərbaycandır, nida! şüarı altında "Güllə Atıcılığı" yarışında iştirak edib

      Azerbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) bir qrup fəal tələbəsi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunan  "Qarabağ Azərbaycandır, nida! şüarı altında  "Güllə Atıcılığı" yarışına qatılıb. 
     “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” və AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə  təşkilatçılığı  ilə ərsəyə gələn yarış gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədini daşıyıb. Yarışda sərras atıcılığı ilə fərqlənən I, II və III yerlərin sahiblərinə mükafatlar təqdim olunub.
      Sonda Mərkəz nümayənədləri tələbələrdə hərbi vətənpərvərlik ruhunun aşılanmasında fəal iştirakına görə AzMİU-nun rektoru, professor Gülçöhrə  Məmmədovaya və Təşkilatın sədri Bayram Aslanova Mərkəz adından xüsusi təşəkkürlərini bildiriblər.

21-10-2019