Tekla Trimble şirkətinin eksperti müəllimlərimiz üçün master-klass keçir

      21-23 oktyabr tarixlərində Tekla Trimble şirkətinin Moskva ofisindən texniki konsultant Andrey Didux Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimləri üçün master-klass keçib. 
      Tekla Structures proqram təminatından istifadə üzrə keçirilən master-klass Memarlıq və İnşaat fakültəsinin müəllimləri üçün nəzərdə tutulub. Master-klass zamanı ekspert Tekla Structures-nin praktiki cəhətdən istifadəsi, modelləşdirilmə, mürəkkəb bina və tikililərin layihəndirilməsini əyani formada müəllimlərə izah edib.
      Məlumat üçün qeyd edək ki, 3 gün davam edəcək təlimin sonunda iştirakçılara Tekla Trimble şirkətinin beynəlxalq sertifikatı təqdim olunacaq.
 

21-10-2019