18 oktyabr Müstəqillik Günü AzMİU-nun fakültələrində qeyd olunub

     18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri Dövlət Müstəqilliyi Günüdür. 28 il bundan əvvəl Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün fakültələrində bu əlamətdar gün münasibəti ilə silsilə tədbirlər keçirilib.  İnşaat və İnşaat-texnologiya fakültələrində keçirilən tədbirlərdə bu günün tarixi, inkişaf yolu və əhəmiyyəti barədə gənclərə geniş məlumat verilib.

     Tədbirdə çıxış edənlər bu illər ərzində Azərbaycanda sosial-iqtisadi, elm, təhsil, mədəniyyət sahəsində əldə olunmuş uğurlara toxunublar, müstəqilliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi üçün müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin böyük xidmətlərindən danışıblar.

     Tədbirin bədii hissəsində tələbələr vətənpərvərliklə bağlı şeirlər səsləndirib, musiqilər ifa ediblər. 

18-10-2019