AzMİU-nun TGT sədri “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı tərəfindən mükafatlandırılıb
Bu günlərdə “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı ictimai fəaliyyəti ilə seçilən, “Ən aktiv Tələbə Gənclər Təşkilatı” nominasiyası üzrə sorğu keçirib. nomasiyası üzrə sorğu keçirib. Ümumi sorğuya əsasən, ictimai aktivliyi ilə fəqlənən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatı Alyans tərəfindən mükafatlandırılıb.
“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov AzMİU-nun TGT sədri İlahə Həsənovanın fəaliyyətini yüksək qiymətləndirib. İ.Həsənovanı gənclər təşkilatının ən fəal rəhbəri nominasiyasında fəxri diplomla təltif edib.
18-10-2019