Elmi nəşrlərinin beynəlxalq səviyyəyə çatdırılması üçün mühüm işlər görülür


     Oktyabrın 16-da  “Clarivate Analytics” şirkətinin informasiya-analitika resursları üzrə beynəlxalq eksperti İrina Tixonkova “Web of Science Core Collection bazasına jurnalların seçim prosedurları və kriteriyaları” adlı  geniş təlim keçib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) baş tutan təlimdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi-tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva, “Elmi əsərlər” jurnalının məsul katibi Samirə Əkbərova, “Ekologiya və su təsərrüfatı” jurnalının məsul katibi Aqil Mürsəlov, “Tikintinin iqtisadiyyatı və menecment” jurnalının məsul katibi Lalə Ələkbərova iştirak edib.      
     Təlimçi elmi nəşrlərin seçim kriteriayalırından, yoxlama mərhələlərinin incəliklərindən və eyni zamanda jurnalların redaksiya heyətləri tərəfindən yol verilən geniş səhvlərdən danışıb. Məlum olub ki, redaksiya heyətlərinin və müəlliflərin coğrafiyasını genişləndirmək, saytların üzərində işləmək, rəy prosesini təkmilləşdirmək və s. istiqamətlərdə fəaliyyətləri genişləndirmək lazımdır. Daha sonra yerli elmi nəşrlərin birinin nümunəsində bəzi çatışmazlıqlardan söhbət açılıb.
    Seminarın sonunda təlimçi tərəfindən auditoriyanı maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

17-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]