Clarivate Analytics şirkətinin beynəlxalq eksperti AzMİU-nun əməkdaşlarına təlim keçib


    Oktyabrın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində Elmi tədqiqat şöbəsinin təşkilatçılığı ilə Clarivate Analytics şirkətinin Elmi İnformasiya Resursları üzrə eksperti İneş Kenjina tərəfindən təlim baş tutub. "Beynəlxalq elmi jurnallarda məqalələrin dərc etdirilməsinə dair tövsiyyələr" və “Yırtıcı jurnallarla mübarizə” adlı mövzulara həsr olunan təlimdə universitetin professor-müəllim heyəti iştirak edib. 
    Tədbiri giriş sözü ilə açan AzMİU-nun Elmi tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva seminar iştirakçılarını və qonağı salamlayıb. Web of Science bazasına daxil olan jurnallarda məqalə dərc etdirməkdə universitetin professor-müəllim heyətinə köməklik etmək üçün Elmi tədqiqat şöbəsinin nəzdində yaradılmış işçi qrupun fəaliyyətindən bəhs edib.
    Sonra isə təlimçi Web of Science platformasına daxil olan jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin tərtibat qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı  təlim iştirakçılarını məlumatlandırıb. Müəlliflərin “yırtıcı jurnalları” daha asan müəyyənləşdirərək onların tələlərinə düşməməsi üçün nəzər yetiriləsi əsas məqamlar təlim iştirakçılarının diqqətinə çatdırılıb. Müəlliflər Publons-da Researcher İD profili və elmi məhsuldarlıqla bağlı digər müəllif indentifaktorları ilə yaxından tanış olublar.
   Sonda xanım Kenjina iştirakçıları maraqlandıran sualları cavablandırıb.
 

15-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]