AzMİU nümayəndəsi EduExpo sərgisində B2B görüşləri keçirib


      Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi (“EduExpo”) öz işini davam etdirir. 150-dən çox yerli təhsil strukturunun  iştirak etdiyi sərgiyə dünyanın 22 ölkəsindən ali təhsil müəssisələri də təmsil olunur. 
      Sərgidə təmsil olunan Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) sərgi çərçivəsində təşkil olunan B2B görüşlərində də fəallıq nümayiş etdirir. Universitetin Beynəlxalq Proqramlara dəstək sektorunun müdiri İsa Muradov sərgiyə qatılan xarici universitetlərin nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirib. Belə ki, o, V. Plexanov adına Rusiya İqtisad Universitetinin, Daşkənd şəhərində yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutunun, Sankt-Peterburq Dövlət İqtisad Universitetinin,  Polşanın Mariya Küri-Skladovskaya Universitetinin təmsilçiləri ilə keçirilən görüşdə ikitərəfli əlaqələrin qurulması, müəllim-tələbə mübadiləsi, birgə seminar və konfransların keçirilməsi istiqamətində səmərəli danışıqlar aparıb. 

11-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]