AzMİU-nun kitabxanasında Memarlar Günü qeyd olunub

       Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlar Gününə həsr olunmuş kitab sərgisi keçirilib. Universitetin elektron kitabxanasının təşkil etdiyi sərginin açılışında AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, universitetin professor-müəllim heyəti iştirak edib. Sərgiyə tələbələr də böyük maraq göstərib, onlar sərgilənən nadir kitablarla tanış olublar.  
      Məlumat üçün qeyd edək ki, Memarlar Günü Beynəlxalq Memarlar İttifaqının təşkil olunması ilə eyni vaxtda - 1946-cı ildə İsveçrənin Lozanna şəhərində təsis edilib. Həmin vaxtdan başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi bütün dünyada Memarlar Günü kimi qeyd olunur. Dünyanın 116 ölkəsində 1 milyondan çox memar, Azərbaycanda isə 5 mindən artıq mütəxəssis memarlıq fəaliyyəti ilə məşğuldur və bu günü peşə bayramı kimi qeyd edir. 
 

09-10-2019