ABŞ səfirliyinin nümayəndələri AzMİU-da


      Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin Mədəniyyət və təhsil işləri üzrə müşaviri Riçard Pinkham və Təhsil proqramları üzrə mütəxəssisi Raminə Mürşüdova Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olublar. Qonaqlarla görüşdə AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və həmin şöbənin əməkdaşı Arzu Vəlizadə iştirak edib. 
      N.Abdullayeva qonaqları salamlayıb və onlara universitet, fakültə və ixtisaslar, beynəlxalq əlaqələr barədə ümumi məlumat verib. F.Əliyev isə Universitetimizin ABŞ ilə əlaqələrinin keçmişindən və həyata keçirdiyimiz layihələrdən bəhs edib. 
     Təhsil işləri üzrə müşavir R.Pinkham görüş zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib, bunun üçün nəzərdə tutduqları fəaliyyət istiqamətlərini səsləndirib, onu maraqlandıran suallar verib. R.Mürşüdova isə universitetin tələbə və müəllimlərini ABŞ-ın təqdim etdiyi təhsil proqramlarında iştirak etməyə çağırıb. 
     Məlumat üçün qeyd edək ki, bu ilin aprel və may aylarında ABŞ-nin Fullbright proqramı çərçivəsində ABŞ-dan olan şəhərsalma üzrə professor Fillip Meaklinq AzMİU-da müəllim və tələbə heyətinə dərs keçib.  

 
 

09-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]