Gənclər Fondu AzMİU-nun 10 tələbəsinin təhsil xərclərini ödəyəcək


      Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişinə əsasən, Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqənin nəticələrini elan edib.  
      Müsabiqə nəticəsinə əsasən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 10 tələbəsi-Memarlıq fakültəsinin tələbələri Elməddin Qasımzadə, Xəyalə Salamova,  Nuranə Babazadə, Fatimə Babayeva, Lalə Məmmədli, Tikinti-iqtisad fakültəsinin tələbələri Fariz Sultanlı, Fidan Əzizova, Kənan Qulamov, Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbələri Miramil Nuriyev, Fatimə Məmmədovanın təhsil xərclərinin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən ödənilməsi barədə qərar qəbul edilib.
      Xatırladaq ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə 2018-ci ildə keçirilmiş müsabiqə nəticəsində 237, builki müsabiqə nəticəsində isə 425 gəncin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi qərara alınıb. Bu il keçirilmiş müsabiqə zamanı ali təhsil müəssisələri ilə yanaşı, orta ixtisas təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada Fondun internet səhifəsi vasitəsilə müsabiqəyə sənədlərini təqdim edib.
 

08-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]