AzMİU-nun yataqxanası əsaslı təmirdən sonra


        Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova universitetin tələbə yataqxanasının əsaslı təmirdən sonra vəziyyəti ilə tanış olub. 
        AzMİU-nun İnzibati təsərrüfat işləri üzrə prorektoru İsrafil Məmmədov yataqxanada aparılan yenidənqurma işləri ilə bağlı rektoru məlumatlandırıb. Bildirib ki, yataq otaqları, istirahət guşələri, yeməkxana və mətbəx, eləcə də sanitar qovşaq tam yenilənib. Otaqlar çarpayı ilə yazı masası, zəruri mebel və əşyalarla təmin olunub. Ümumiyyətlə, yataqxananın bütün inventarları tam təzələnib. Sanitar qovşağı, istilik və su sistemləri yenidən quraşdırılıb. Təmirdən yeni çıxmış yataqxanada tələbələrin rahatlığı üçün hər bir şərait yaradılıb.  
        Yataxananı  gəzən rektor otaqlara bir-bir baxış keçirib, yaradılan şəraitdən razılığını bildirib. 
        Qeyd edək ki, Universitetin yataqxanası beş korpusdan ibarətdir. Digər universitet yataqxanalarında olduğu kimi universitetin yataqxanasının dörd korpusunda hazırda məcburi köçkünlər məskunlaşıb. Yalnız bir korpus tələbələrin ixtiyarındadır. Tələbələrin ixtiyarında olan korpusda isə universitet hər il 252 tələbəsini yerləşdirə bilir. 
 
 

07-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]