AzMİU-da “Ulu Öndər” sənədli filmi nümayiş etdirilib


      Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və sifarişi ilə istehsal olunmuş Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş “Ulu Öndər” sənədli filminin və eyni adlı mahnının nümayişi təşkil olunub.
      Filmdən öncə çıxış edən Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov, Gənclər və İdman Nazirliyinin  nümayəndəsi Hüseyn Babayev ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Çıxışlarda qeyd olunub ki, müstəqil Azərbaycanda dövlət gənclər siyasətinin banisi olan ulu öndər Heydər Əliyev daim gənclərə xüsusi diqqət və qayğı göstərib. 
     Sonra tədbir iştirakçıları birgə “Ulu Öndər” sənədli filmini izləyiblər. 

07-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]