AzMİU-nun baş müəllimi “Tərəqqi” medalı ilə təltif olunub

    Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir sıra təhsil işçisi "Tərəqqi” medalı ilə təltif edilib.

      Sözügedən təhsil işçiləri arasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin İctimai fənlər kafedrasının baş müəllimi İzzətxanım Musayeva da var.

      İzzətxanım müəllimi AzMİU kollektivi adından bu yüksək dövlət mükafatı alması münasibəti ilə təbrik edir, can sağlığı və şərəfli işində uğurlar arzu edirik!

 

 

 

04-10-2019