AzMİU tələbələri İstanbulda İSKİ-də yay-təcrübə proqramında iştirak edib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələrinin iştirakı ilə növbəti yay-təcrübə proqramı Türkiyənin İstanbul şəhərində İstanbul Su və Kanalizasiya İdarəsində (İSKİ) gerçəkləşib. Yay-təcrübə proqramı Universitetin Memarlıq, İnşaat, ST MKS və İnşaat-texnologiya fakültələrində təhsil alan 30 tələbəni əhatə edib.
Proqramın ilk günü İSKİ-nin tarixi, bu günü, həyata keçirilmiş layihələr, tikintisi davam edən obyektlər, beynəlxalq əlaqələr və gələcək illərdə görüləcək işlər haqqında tələbələrə geniş məlumat verilib. Sonrakı günlər tələbələr ayrı-ayrı qruplarda, müəyyən günlərdə isə birlikdə İSKİ-nin yenicə istifadəyə verilməkdə olan Su Kontrol ve Otomosyon Mərkəzində (İSKOM), Plan Proje və Yatırım Dairəsi Başqanlığının, Su İnşaat Dairəsi Başqanlığının, Su Arıtma Dairəsi Başqanlığının və Atik Su İnşaat Dairəsi Başqanlığının tabeçiliyində fəaliyyət göstərən obyektlərində və laboratoriyalarında texniki araşdırmalarla tanış olublar.
Proqram çərçivəsində onlar “Yerəbatan Sarnıcı”, “Sultan Ahmet” məscidində, “Miniatürk” və “Panorama-1453” tarix muzeylərinə də baş çəkiblər. Proqramın sonunda tələblərə İSKİ tərəfindən xatirə hədiyyələri və sertifikatlar verilib.