AzMİU-da yeni tədris ilindən italyan dili dərsləri də keçirilir
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İtaliya ali məktəbləri ilə əməkdaşlığı 2003-cü ildən bu günə qədər uğurla davam etdirilir. İkitərəfli müqavilələr, Avropa Birliyinin Erasmus+ layihələri və digər beynəlxalq layihələr çərçivəsində İtaliyanın Milan Texniki, Pavia və Sapienza universitetləri ilə səmərəli əməkdaşlıq mövcuddur.
Yeni tədris ilindən bu istiqamətdə daha bir yeniliyə imza atılıb, sentyabrın 16-dan AzMİU-da italyan dilinin tədrisinə başlanılıb. “Laureati per l’italiano” layihəsi çərçivəsində İtaliya vətəndaşı, Stefano Bonfili 2019-20-ci tədris ilində AzMİU tələbələrinə italyan dilini öyrədəcək. 1 tədris ili ərzində keçririləcək italiyan dili dərsləri tələbələr arasında böyük maraq doğurub və onlar dərslərdə böyük həvəslə iştirak edirlər. Oktyabr ayının 1-dən isə universitetin əməkdaşları üçün də İtalyan dili dərsləri başlayacaq.
Məlumat üçün qeyd edək ki, İtaliya Respublikasının Xarici İşlər Nazirliyi və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən həyata keçirilən “Laureati per l’italiano” layihəsi ana dili italyan dili olmayan ölkələrdə tədris olunur. Layihə belə ölkələrdə italyan dilinin tədrisinin zənginləşdirilməsinə xidmət edir.