Koruna Universitetinin nümayəndələri AzMİU-da olub


           Sentyabrın 25-26-da Bakıda Alman Akademik Mübadilə Xidmətinin  (DAAD, Bonn) təşkilatçılığı ilə DAAD Bakı Məlumat Mərkəzi Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi ilə birlikdə Bolonya konfransı və Avropa ali təhsil müəssisələri ilə Azərbaycan Universitetlərinin şəbəkə görüşü keçirilib. Görüşdə 50-yə yaxın xarici və yerli universitet təmsil olunub. 
           Tədbirlər çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tərəfdaşı İspaniyanın Koruna Universitetinin Beynəlmiləlləşmə və əməkdaşlıq üzrə prorektoru Pilar Garcia de la Torre və beynəlxalq əlaqələr şöbəsinin müdiri Begona Crespo universitetin qonağı olub. Qonaqlar AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva ilə görüşüb. Görüşdə universitetlərimiz arasında mövcud və nəzərdə tutulan əməkdaşlıq istiqamətləri, eləcə də  İkili diplom proqramı çərçivəsində növbəti semestrdə Koruna Universitetinə təhsil almağa gedəcək tələbəmizin sənədləşmə məsələləri  müzakirə olunub.   

27-09-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]