Elektron kitabxana şöbəsi I kurs tələbələri üçün təlimlərə start verib

       Azərbaycan Memarlıq İnşaat Universitetinin (AzMİU) Elektron kitabxana şöbəsi universitetə yeni qəbul olmuş I kurs tələbələri üçün təlimlərə başlayıb. Bu gün Memarlıq fakültəsinin dekanlığının təşəbbüsü ilə fakültənin I kurs  tələbələri ilə aparılan təlimdə gənclərə şöbənin əməkdaşları tərəfindən ənənəvi və elektron kitabxana haqqında ilkin informasiyalar verilib. Şöbənin əməkdaşları  tələbələrə universitet kitabxanasının elektron kitabxana və elektron resurslarından istifadə qaydalarını başa salıb, onları məlumatlandırıblar. 
       Sonda əməkdaşlar tərəfindən tələbələrin sualları cavablandırılıb. 

26-09-2019