Abituriyentlər və subbakalavrlar ixtisas seçimi günlərində Azərbaycan Memarlıq və İnşaat Universitetinə müraciət edə bilərlər [16.09.2022]


 I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər, o cümlədən subbakalavrlar üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək. 

Abituriyentlər və subbakalavrlar ixtisas seçimi günlərində 
Elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiq edilməsi qaydası, 
Müsabiqə şərtləri
İxtаsas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər haqqında köməklik, texniki dəstək və məsləhət xidməti  üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz  həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 16.00-dək xidmət göstərir.
Ünvan: Bakı şəhəri, Ayna Sultanova 11
Tel.: 0125389463
rəsmi sayt: azmiu.edu.az

16-09-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]