AzMİU-da AZEL şirkəti tərəfindən konfrans təşkil olunacaq
24-25 Sentyabr tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetində AZEL şirkəti tərəfindən Azərbaycanda Tekla Structures proqram təminatı istifadəçiləri üçün rəsmi konfrans təşkil olunacaq.
Konfrans zamanı tərəfdaşlar müştərilərlə birgə, mövcud layihələri təqdim edəcək və inkşafa aparan yeniliklərdən danışacaqlar.
Tədbirin 2-ci günü Tekla Structures-dan istifadə üzrə tələbələr üçün praktiki master-klass (Andrey Didux, Tekla Trimble, texniki konsultant) keçiriləcək və sonda sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, tədbirə marağı olan hər bir tələbə və müəllim üçün giriş sərbəstdir.
Tədbirin keçiriləcəyi məkan və saat: AzMİU, əsas korpus, 3-cü mərtəbə konfrans zalı, saat 10:00-da.