Memarlıq fakültəsində birinci kurs tələbələri ilə görüş


      Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsində 1-ci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə fakültə dekanlığı, kafedra müdirləri, universitetin ictimai təşkilatlarının rəhbərləri iştirak ediblər.

     Fakültədə keçirilən ilk görüşdə universitetin Tələbə Həmkarlarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov birinciləri təbrik edib, onlara tələbə adının şərəfini doğrultmağı, üzərlərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirməyi arzulayıb. Fakültənin dekanı, Əməkdar memar Zahidə Məmmədova da bu il tələbə adını qazanan memar tələbələri, onların valideynlərini təbrik edib, yeni tədris ilində bol uğurlar arzulayıb.

     Görüşün sonunda gənclərə tələbə biletləri paylanıb.

17-09-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]