Professor-müəllim heyətinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfəri təşkil ediləcək


İyunun 4-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) professor-müəllim heyətinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ərazilərinə səfəri təşkil ediləcək. 

AzMİU ilə “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin qarşılıqlı əməkdaşlığının davamı olaraq gerçəkləşdiriləcək səfər çərçivəsində professor-müəllim heyəti sözügedən əraziləri gəzəcək, aparılan tikinti-quruculuq və bərpa işləri ilə yaxından tanış olacaqlar.

Səfərdə iştirak etmək istəyən şəxslərdən şəxsiyyət vəsiqələri ilə 30.05.2024-cü il tarixində saat 14:00-dan 16:00-a kimi AzMİU-nun Təcrübə və Karyera Mərkəzinə müraciət etmələri tələb olunur. 

Məlumat üçün bildirək ki, yerlər məhduddur və səfər heyətində təmsil olunacaq şəxslərin seçimi aparılarkən professor-müəllim heyətinin ixtisasının həmin ərazilərdə həyata keçirilən tikinti-quruculuq və bərpa işləri ilə bağlı elmi yaxud da praktiki uyğunluğu əsas götürüləcək. 

Səfərin gündəliyi ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

                                         TƏDBİRİN GÜNDƏLİYİ                                                    

Mövzu

İcra Müddəti

Qeyd

 

 

Başlama

Bitmə

 

1

Bakıdan yola düşmə

07:00

11:30

 

2

Cəbrayıl rayonu, Horovlu kəndində gedən tikinti işləri ilə tanışlıq

11:30

12:00

 

4

Kəhrizlərə baxış və haqqlarında məlumat

12:00

12:30

 

5

Zəngilan, Ağalı kəndinə çatma

12:30

13:00

 

6

Nahar fasiləsi

13:00

14:00

 

7

Kənd mərkəzində gəzinti

14:00

14:30

 

8

Arximed, Ağalı kənd məktəbi, Ağalı otelə ekskursiya

14:30

15:00

 

9

Zəngilan Konqres Mərkəzinə yola düşmə

15:00

15:30

 

10

Zəngilan Konqres Mərkəzində ekskursiya

15:30

16:00

 

11

Zəngilan rayonu, Cahangirbəyli kəndində gedən tikinti işləri ilə tanışlıq

16:00

17:00

 

12

Bakıya yola düşmə

17:30

22:00

 

 

 

 

 

 

 

30-05-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]