Tələbələrimiz Gənclər Fondunun proqramında iştirak ediblər - 08.02.2023

Azərbaycan Respublikasının Gənclər Fondunun  “İdeyanı reallaşdır” 2022 Qrant müsabiqəsi çərçivəsində həyata keçirilən "Gənc İnnovasiya Menecerləri” İnkişaf proqramının ilk modulu başa çatıb.

AzMİU tələbələri  Nigar Novruzzadə, Nuranə Babazadə və Rəvan Quluzadə proqramın ilk modulunu uğurla bitiriblər. İlk modul üzrə müxtəlif mövzularda ümumilikdə, 7 təlim keçirilib:

1. "İnnovasiyaya giriş: tarixdən müasirliyə"
2. "Çərçivədən kənar düşün"
3. "Yaradıcılığa gedən yol: kreativlik haradadadır?"
4. "İdeya generasiyası: mərhələlər və sərhədlər"
5. "Brainstorming – tənqidi düşünmə və problem həlletmə"
6. "İdeyadan layihəyə: effektiv təklif necə yazılmalıdır?"
7. "Təqdimat bacarıqları"

Proqramın növbəti mərhələsində isə rol modellərlə görüşlər olacaq.
 

08-02-2023