AzMİU əməkdaşının startapı  Boğaziçi Universitetində Akselerasiya proqramına qəbul olunub [14.07.2022]

   Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşı Ramin Əkbərovun  müəllifi olduğu “Drop by drop” startapı  Türkiyənin Boğaziçi Universitetinin Akselerasiya proqramına qəbul edilib. R.Əkbərovun startapı Azərbaycandan  seçilən 5 startapdan biri olub. 
          Məlumat üçün qeyd edək ki,  Boğaziçi Universitetində düzənlənən Akselerasiya proqramı Türkiyə Teknoloji Takımının (T3 Vakfı) dəstəyi ilə həyata keçirilir. Azərbaycandan olan startapçılar 14-19 avqust tarixlərində Türkiyəyə səfər edəcəklər. 
          Startapçılar  bu proqramda iştirak imkanını 26-29 may tarixlərində Azərbaycanda keçirilən TEKNOFEST AZƏRBAYCAN  Festivalı çərçivəsində keçirilmiş “Take Off Baku” Startap Sammitində əldə ediblər . Onların təqdim etdikləri layihələr DropbyDrop, HealWith, Tenter, Asuniser, Enthouse, Safavy startaplarıdır. 
 

14-07-2022