Tələbələrimiz HOLCİM-in “Ən Yaxşı Dizayn İşi” müsabiqəsində işlərini təqdim ediblər [20.04.2022]


Tələbələrimiz HOLCİM-in “Ən Yaxşı Dizayn İşi” müsabiqəsində işlərini təqdim ediblər

Məlumat verdiyimiz kimi Strateji Planlaşdırma şöbəsinin təşkilatçılığı ilə HOLCİM Azərbaycan şirkəti İnnovasiyalar Mərkəzinin yaradılması üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri arasında “Ən Yaxşı Dizayn İşi” müsabiqəsini elan etmişdir. Bununla bağlı şirkət nümayəndələri AzMİU-nun Memarlıq fakültəsinin tələbələri ilə görüş keçirmişdir. Növbəti mərhələdə tələbələrimiz HOLCİM-in İnnovasiyalar Mərkəzi yaradılacaq ərazisində ekskursiyada olmuşdurlar. Müsabiqədə ümumilikdə 44 tələbəmiz qeydiyyatdan keçmişdir. Müraciət edən tələbələrdən 12-si sona kimi öz işlərini tamamlayaraq təqdimat üçün hazırlayıb şirkətə təqdim etmişdirlər. 
20.04.2022-ci il tarixində keçirilən təqdimatda HOLCİM şirkətinin nümayəndələri müsabiqəyə müraciət etmiş tələbələrin işləri ilə tanış olmaq üçün AzMİU-da qonaq olublar. Strateji Planlaşdırma şöbəsinin mütəxəssisi Vasif Əskərov qonaqları salamlayıb, müsabiqənin gedişatı haqqında qonaqları, münsifləri və tələbələri məlumatlandıraraq işləri təqdim etmək üçün sözü tələbələrə verib. Münsiflər heyəti olaraq AzMİU-nun Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Dizayn kafedrasının müdiri Təranə Bəkirova, kafedranın müəllimi Leyla Həsənova, HOLCİM Azərbaycan şirkətinin kommersiya direktoru Sergeu Stoicov, Əlaqələr və davamlı inkişaf üzrə meneceri Rəna Tahirova, Texniki sahə üzrə mühəndis, eləcə də layihənin koordinatoru Dəyanət Baxışəliyev iştirak etmişlər. Eyni zamanda işləri qiymətləndirmək üçün tələbələrə da blanklar paylanılıb. Növbə ilə təqdimat edən tələbələrin işlərinə baxış keçirilib, onlara müəyyən suallar ünvanlanıb. Sonda münsiflər heyəti tələbələrin qiymətləndirilməsi üçün ayrılmış blanklarda qiymətləndirmə aparıblar. Blanklar möhürlənərək konvertə qoyularaq şirkətə göndərilmişdir. Müsabiqənin şərtlərinə uyğun olaraq verilən səslər hesablandıqdan sonra nəticələr elan olunacaq. Müsabiqənin qalibləri şirkət tərəfindən mükafatlandırılacaq. 
 

22-04-2022