Norm ASC (Norm Sement Zavodu) KZ/KN üzrə Baş İnşaat Mühəndisi Toğrul Muxtarov tələbələrə mühazirə oxuyub
Norm ASC (Norm Sement Zavodu) KZ/KN üzrə Baş İnşaat Mühəndisi Toğrul Muxtarov tələbələrə mühazirə oxuyub
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Sənaye mühəndisliyi” ixtisası tələbələrinin iştirakı ilə qonaq spiker qismində Norm ASC (Norm Sement Zavodu) KZ/KN üzrə Baş İnşaat Mühəndisi Toğrul Muxtarov və “Texnoloji maşınlar və avadanlıqlar” kafedrasının assistenti Nəsibə Əmirbəyova tərəfindən “Metal işləmə. İsti iş və soyuq iş prosesləri” mövzusunda mühazirə saatı keçirilib. Mühazirə saatında Toğrul Muxtarov tələbələrə termiki kəsmə prosesləri, oksigen yanacaqlı kəsim prosesi və onun keyfiyyəti, plazma qövslu kəsim, karbonlama və s. barədə detallı məlumat verdi. Mühazirə saatında Keyfiyyətə Nəzarət Mərkəzinin direktor müavini Könül Ağayeva və “Texnoloji maşın və avadanlıqlar” kafedrasının müdiri dosent Allahverdi Bayramov iştirak ediblər. Görüşün sonunda tələbələrin Norm ASC-də təcrübə proqramından istifadə imkanları üzrə ilkin məlumatlar verildi. Könül Ağayeva çıxışında bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi və istehsal sahələri ilə tədrisin əlaqələndirilməsi məsələlərinin vacibliyinə toxunub