AzMİU-da 1 mart-Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub
AzMİU-da 1 mart-Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş onlayn tədbir keçirilib. Mərasim başlamazdan əvvəl tədbir iştirakçıları Mülki müdafiə qərargahı, Fövqəladə hallar və hayat fəaliyyətinin təhlükəsizliyi kafedrasının əməkdaşlarının birgə hazırlıqladıqları videoçarxı izləyiblər.
Mərasimi giriş sözü ilə açan universitetin ümumi işlər üzrə prorektoru Aqil Məmmədov Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının baş müəllimi, dosent Emil Qafarov “Mülki müdafiənin rolu və vəzifələri”, “Mülki-müdafiə fənninin tədrisinin məqsədi”, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosenti, kimya üzrə falsəfə doktoru Səyavuş Gözəlov “Fövqəladə hallara psixoloji dayanıqlığın formalaşdırılması” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.