24 yanvar – Beynəlxalq Təhsil Günüdür


                          24 yanvar – Beynəlxalq Təhsil Günüdür
          3 dekabr 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qlobal sülhün və dayanıqlı inkişafın təmin edilməsində təhsilin rolunun vacibliyini qeyd edərək 24 yanvarın Beynəlxalq Təhsil Günü elan edilməsi barədə qətnamə qəbul edib. Təşkilatın bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədi daşıyır. 
          Bu il Beynəlxalq Təhsil Günü “Kursun dəyişdirilməsi, təhsilin yenilənməsi” devizi altında qeyd olunur. Bu əlamətdar gün dünyada müxtəlif şəkildə qeyd olunur. Bir çox qlobal tədbirlərdə üç əsas mövzuya diqqət yetirilir: öyrənmə, innovasiya və maliyyələşdirmə..
         Beynəlxalq Təhsil Gününün qeyd olunması bu sahədə təməl prinsiplərə bağlılığı təsdiqləmək üçün böyük  fürsətdir.
 
 

26-01-2022