AzMİU-nun müəllim və tələbələri ADA Universitetində keçirilən Tələbə Forumunda iştirak ediblər
AzMİU-nun müəllim və tələbələri
ADA Universitetində keçirilən Tələbə Forumunda iştirak ediblər
British Council” təşkilatının Azərbaycandakı ofisi ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan universitetlərinin tələbələri və gənc məzunları arasında sahibkarlıq bacarıqlarının inkişafına həsr olunan “Creative Spark” proqramı üzrə tələbə forumu təşkil edib. Forumda Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova və mərkəzin rezidentləri iştirak ediblər.
Forumda sahibkarlıq təhsili, tələbə fəaliyyəti və uğurlu sahibkarlığa aparan bacarıqlar haqqında fikirlər bölüşülüb. “British Council”in marketinq meneceri Eynar İliyev “Creative Spark” proqramı haqqında təqdimat keçirib, forum iştirakçılarının suallarını cavablandırıb.
Forum öz işini çıxışlar və müzakirələrlə davam etdirib.