"Rəqəmsal savadlılıq minimumu" sertifikasiya imtahanlarına start verilib


AzMİU İKT mərkəzi tərəfindən 28 oktyabr 2021-ci il tarixindən Universitetdə "Rəqəmsal savadlılıq minimumu" sertifikasiya imtahanlarına start verilib. İmtahanların keçirilməsində məqsəd akademik və tədris köməkçi heyətinin rəqəmsal bacarıqlarının artırılmasının stimullaşdırılması və Universitetin müasir İnformasiya Texnologiyaları istiqamətindəki yenilikləri tətbiqinin sürətləndirilməsidir. Prosesin sistemli şəkildə aparılması məqsədilə Universitet rektoru yeni əmək fəaliyyətinə başlayan əməkdaşların minimum rəqəmsal bacarıqlar sertifikasiyasından keçməsi barədə göstəriş vermişdir. Qeyd edək ki, sertifikasiya prosesi mətn redaktorları, cədvəl prosessoru, təqdimat bacarıqları, internetin əsasları və əməliyyat sistemləri mövzularındakı praktiki bilikləri əhatə edir. İmtahan zamanı bütün növ köməkçi vasitələrdən, o cümlədən internet axtarış xidmətlərindən istifadə etmək sərbəstdir və hər bir iştirakçıya sertifikasiya sualları bir-neçə gün əvvəlcədən təqdim edilir.

22-11-2021