Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin seçim mərhələsi keçirilib.

AzMİU İKT mərkəzi tərəfindən 03 noyabr 2021-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində “46-cı ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin seçim mərhələsi keçirilib.

Müsabiqə təkcə İnformasiya texnologiyaları ixtisasının yox, Universitetin bütün tələbələrinin iştirakı üçün açıq şəraitdə təşkil edilib. İKT mərkəzi tərəfindən iştirakçılara təqdim edilən alqoritmik məsələni ən sürətli formada həll edib göndərən Rusif Səfərovla birlikdə ilk üç yeri tutmuş tələbələr(Şahmirzə Məmmədyarlı, Asəf Allahverdiyev) 07 noyabr 2021-ci il tarixində keçirilən regional müsabiqədə Azərbaycan Memarlıq və İnşaat Universitetini komanda şəklində  (hər komanda 3 tələbə və komanda rəhbərindən ibarətdir) təmsil ediblər. Müsabiqədə müvəffəqiyyət qazanan komandalar “46-cı ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində ölkəmizi təmsil edəcəklər.

22-11-2021