İnşaat fakültəsinə yeni dekan seçilib

                             İnşaat fakültəsinə yeni dekan seçilib
           Azəraycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnşaat fakültəsində dekan seçkisi keçirilib. Seçkilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq səsvermə yolu ilə baş tutub.
          Seçkinin nəticələrinə görə, texnika üzrə fəlsəfə doktoru, dosent Sahib Abduləli oğlu Fərzəliyev İnşaat fakültəsinin dekanı vəzifəsinə seçilib. Məlumat üçün qeyd edək ki, Sahib Fərzəliyev dekan seçilənə qədər AzMİU-nun Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri vəzifəsində çalışıb. 
           


 

30-03-2022