Kafedranın elmi seminarında əsas mədəni irsin qorunması məsələlərinə diqqət yetirilib


Elmi semnaeda mədəni irsin qorunması məsələləri müzakirə olunub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasında elmi seminar keçirilib. Məruzəçi, assistent Cəmilə Mahmudova “Mühafizə zonalaşmasının qısa tarixi metodikası” mövzusunda çıxış edib. Məruzəçi mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyindən irəli gələrək mühafizə zonalaşmasının prinsipləri, xarici və yerli ədəbiyyat mənbələri, beynəlxalq və yerli normativ-hüquqi və qanunvericilik sənədlərinin tarixi və müqayisəli təhlili  haqqında ətraflı məlumat verib.  

Seminarda universitetin elm və innovasiya məsələləri üzrə prorektoru, professor Nigar Aslanova və Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının professor və müəllim heyəti iştirak edib.  

Sonda abidələrin qorunması üçün mühafizə zolaqlarının mövcud vəziyyəti müzakirə edilib və fikir mübadiləsi aparılıb. Prorektor Nigar Aslanova, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının professoru Şəhla Qəhrəmanova, dosent Nərmin Yusifli müzakirələrdə iştirak edərək mühazirəçiyə öz tövsiyələrini bildiriblər.

23-12-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]