AzMİU-da elmi seminar: müasir idarəetmə nəzəriyyə və konsepsiyalarının öyrənilməsi mühüm əhəmiyyət kəsb edir



İnşaat fakültəsinin “Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması” kafedrasında elmi seminar keçirilib. Professor Rövşən Quliyev “İstehsalatda idarəetmənin müasir problemləri” adlı məruzə ilə çıxış edib. 
Seminarda Elm və İnnovasiyalar üzrə prorektor, professor Nigar Aslanova və kafedranın əməkdaşları da iştirak ediblər. 
Məruzəçi qeyd edib ki, bu gün elmin qarşısında qoyulan ən mühüm vəzifələrdən biri bütün sahələr və istiqamətlər üzrə müasir idarəetmənin nəzəri və metodoloji problemlərini araşdırmaq və həll etməkdir: “Elə bir sahə yoxdur ki, orada idarəetməyə ehtiyac olmasın. Ona görə də müasir idarəetmə nəzəriyyələrinin və konsepsiyalarının öyrənilməsi aktual məsələdir, eyni zamanda, mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir”. 
Sonda elmi seminarda iştirak edən professor-müəllim heyəti məruzə ətrafında fikir mübadiləsi aparıb.

31-10-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]