Təcrübə müddətini uğurla başa vuran AzMİU tələbələri mükafatlandırılıb

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) VI istehsalat təcrübəsi başa çatıb. İİTKM-də bu ilin fevral-may aylarında təcrübəsini yekunlaşdıran Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU), Azəbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Bakı Mühəndislik Universiteti (BMU)  tələbələri üçün buraxılış günü qeyd olunub.

     İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn təcrübədə iştirak edən tələbələrə və universitet nümayəndələrinə təşəkkür edib. Həmçinin tələbələrin Mərkəzə verdiyi töhfələrdən məmnun olduğunu bildirib. İİTKM-in İnsan resursları üzrə meneceri Mətanət Rəsulova istehsalat təcrübəçilərinin fəaliyyəti, “Fərdi İnkişaf Proqramı” daxilində təşkil olunan təlimlər və təcrübəçilərin təqdimatları haqqında danışıb. Tədbirin moderatorluğunu edən “İslahat Könüllüləri” Təşkilatının rəhbəri İsmət Vaqifzadə tələbələrin məqalə və təqdimatlarının, həmçinin elektron sertifikatların https://volunteer.ereforms.gov.az saytında yerləşdirildiyini qeyd edib. Daha sonra ADNSU-nun “İqtisadiyyat və menecment” kafedrasının müdiri Arif Ələkbərov və fakültənin dekanı İlham Rüstəmov, AzMİU-nun Təcrübə və karyera şöbəsinin müdiri Xanlar Qəniyev və      BMU-nun Təcrübə şöbəsinin sədri Həsi Qasımov və müəllimi Yasər Əhmədov çıxışlar ediblər.

    Sonda təcrübə müddətini uğurla başa vuran tələbələr serifikat və fərqlənən tələbələr isə təşəkkürnamələrlə təltif olunublar.

21-06-2022