15 İYUN - MİLLİ QURTULUŞ GÜNÜDÜR



                         15 İYUN - MİLLİ QURTULUŞ GÜNÜDÜR
         Bu gün - xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının böyük  mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir.
         Tariximizə Milli Qurtuluş kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Məhz həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. 
        Bu gün qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
        Xalqımızın tarixinə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin kollektivi adından xalqımızı səmimi qəlbdən təbrik edir, müstəqil dövlətimizin firavan və parlaq gələcəyi naminə yorulmaz fəaliyyətinizdə hər birinizə uğurlar arzu edirik. Qoy dövlətimiz əbədi və müstəqilliyimiz sarsılmaz olsun! 


 

17-06-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]