Norm ASC (Norm Sement Zavodu) KZ/KN üzrə Baş İnşaat Mühəndisi Toğrul Muxtarov tələbələrə mühazirə oxuyub 


Norm ASC (Norm Sement Zavodu) KZ/KN üzrə Baş İnşaat Mühəndisi Toğrul Muxtarov tələbələrə mühazirə oxuyub 
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Sənaye mühəndisliyi”  ixtisası tələbələrinin iştirakı ilə qonaq spiker qismində Norm ASC (Norm Sement Zavodu) KZ/KN üzrə Baş İnşaat Mühəndisi Toğrul Muxtarov və “Texnoloji maşınlar və avadanlıqlar” kafedrasının assistenti Nəsibə  Əmirbəyova tərəfindən “Metal işləmə. İsti iş və soyuq iş prosesləri” mövzusunda mühazirə saatı keçirilib. Mühazirə saatında  Toğrul Muxtarov tələbələrə termiki kəsmə prosesləri, oksigen yanacaqlı kəsim prosesi və onun keyfiyyəti, plazma qövslu kəsim, karbonlama və s. barədə detallı məlumat verdi. Mühazirə saatında Keyfiyyətə Nəzarət Mərkəzinin direktor müavini Könül Ağayeva və “Texnoloji maşın və avadanlıqlar” kafedrasının müdiri dosent Allahverdi Bayramov iştirak ediblər. Görüşün sonunda tələbələrin Norm ASC-də təcrübə proqramından  istifadə imkanları üzrə ilkin məlumatlar verildi. Könül Ağayeva çıxışında bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi və istehsal sahələri ilə tədrisin əlaqələndirilməsi məsələlərinin vacibliyinə toxunub
 

15-03-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]